Online ödəmə formu

Fayl seçin:

captcha

 

Atlant Translations MMC Azərbaycanda öz fəaliyyətinə məhdud məsuliyyətli cəmiyyət olaraq 2000 – ci ildən start vermiş və bu günə kimi tərcümə bazarında mövcud olan böyük rəqabətin qarşısında günbəgün inkişaf etməkdədir. Bu illər ərzində Atlant Translations MMC sənayenin istənilən sahəsi üzrə professional tərcüməçilərdən və texniki heyətdən ibarət bir komanda toplaya bilmişdir. Məhz bu komanda sayəsində bu gün biz tərcüməni Sizin qapınıza gətirə biləcək ən son texnologiyalardan yararlanırıq.

Tərcümə bazarının uzun illər ərzində keçdiyi bütün yolların şahidi olduğumuz üçün bu gün ən düzgün hədəfin nədən ibarət olduğunu çox gözəl anlayırıq. Bizim üçün ən düzgün hədəf – müştəri məmnuniyyətidir.

Tərcüməyə aid nə varsa, Atlant Translations MMC-nin xidmətinə daxildir: yazılı tərcümə, ardıcıl tərcümə, sinxron tərcümə, sinxron tərcümə avadanlıqlarının icarəsi, tərcümə olunmuş sənədlərin notarial təsdiqi və s.

 

 

Dünyanın istənilən yerindən, istənilən dildən onlayn rejimdə tərcümə sifariş edin. Həm vaxtınıza qənaət edin, həm pulunuza.

Bu gün sənədlərinizin tərcüməsi bir klik qədər Sizə yaxın… İllərin təcrübəsi, ən son texnologiyalardan istifadə və operativlik – hamısı bir ünvanda…

Bizə müraciət edin, keyfiyyətsiz tərcümələri bazardan birlikdə çıxaraq.

Sizin dilinizdən danışmaq arzusu ilə!

Flexisel - A responsive jQuery Carousel