Online ödəmə formu

Məxfilik

confidentiality

Atlant Translations MMC olaraq sənədlərdə olan məlumatların təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq. Tərcüməyə qəbul etdiyimiz sənədlərin mövzusunun hansı sahəni əhatə etməsindən asılı olmayaraq, sənədlərin məxfiliyinin qorunub saxlanması müştəridən çox bizim üçün vacibdir. Çünki bu bizə qazandığımız etimadı itirmək və müştəri ilə gələcək əməkdaşlığı riskə atmaq bahasına başa gələ bilər. Məxfiliyin qorunub saxlanmasına dair öz işçi heyətimiz ilə imzaladığımız müqavilələrdə də xüsusi bəndlər qeyd olunmuşdur. Həm etik, həm də işgüzar baxımdan əməkdaşlarımız tərəfindən məlumatların şirkətdən kənara çıxarılması yolverilməzdir.

Müştərilərin öz istəklərindən asılı olaraq, sənədlərin məxfiliyinin qorunub saxlanacağından tam əmin olmaları üçün müştərilərə “Məxfilik sazişi”nin imzalanmasını təklif edirik.

Flexisel - A responsive jQuery Carousel