Online ödəmə formu

Müştərilərimiz

Əsas nailiyyətimiz – müştərinin bizə olan inamıdır!

 

 

  • Wood Kenny

    Wood Kenny

    WOOD KENNY şirkəti dünyaca məhşur bir şirkətdir. Dünyanın 70-dən çox ölkəsində öz filialları vardır. Bu ölkələr arasında Azərbaycan Respublikası da vardır. Atlant Translations MMC ilə əməkdaşlığa 2014 – cü ildən başlamışdır. Mühəndislik və Layihələrin İdarə olunması, Proqram Təminatı və Texnologiyanın İnkişafı sahəsində tərcümə sifarişlərini yerinə yetiririk....

  • Azimport

    Azimport

    “Azimport” MMC tikinti şirkəti Azərbaycan bazarında 2004-cü ildən etibarən fəaliyyət göstərir və Azərbaycan Respublikasının ən böyük tikinti şirkətlərindən biridir. Tikinti və inşaat sahəsinə dair sertifikatların və müqavilələrin tərcüməsi xidmətləri üzrə Atlant Translations MMC ilə əməkdaşlığa 2010-cu ildən başlamışdır.  ...

  • Sade

    Sade

    SADE şirkəti tikinti sektoru üzrə dünyada məhşur olan bir şirkətdir. Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər ilə bir neçə illik müqavilə əsasında böyük bir layihəni reallaşdırdılar. Həmin dövr ərzində şirkətə aid məktubların, müqavilələrin və digər tikinti sahəsinə aid olan sənədlərin tərcüməsi ilə bizim mərkəz məşğul olmuşdur....

  • Samsung

    Samsung

    “Samsung” dünyada elektronika satışı ilə məşğul olan nəhəng Koreya şirkəti. 1969-cu ildən fəaliyyət göstərir. “Samsung Electronics Caucasus Company” şirkəti Samsung brendinin Azərbaycandakı rəsmi nümayəndəsi, Samsung məhsullarının bütün Azərbaycan üzrə əsas təchizatçısıdır. Atlant Translations MMC ilə əməkdaşlığa 2013-cü ildən başlamışdır....

  • AzərTürkBank

    AzərTürkBank

    Azərbaycan bazarına 1995-ci ildə daxil olmuşdur. Bank, mühasibatlıq və iqtisadi sahə üzrə bir çox sənədlərin, o cümlədən təlimatların, müqavilələrin tərcümə və notarial təsdiqini 2011-ci ildən etibarən Atlant Translations MMC-yə həvalə edir....

  • Dəniz Administrasiyası

    Dəniz Administrasiyası

    Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) 21 aprel 2001-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır....

  • JTI

    JTI

    “Japan Tobacco International” şirkəti dünyada tütün istehsalçıları arasında 11% bazar payına malikdir. 1999-cu ildə Beynəlxalq Amerika tütün şirkəti olan “Japon Tobacco” şirkəti “R.J.Reynolds” şirkətini 8 mlr. Dollara aldıqdan sonra “JTI” şirkəti təsis olundu. 2014-cü ildən “JTI” şirkətinin tütün istehsalı sahəsi üzrə tərcümə sifarişlərini həyata keçiririk....

  • Original Motors

    Original Motors

    “Original Motors” şirkəti 2012 – ci ildə yaradılmışdır. Azərbaycanda şirkətin əsas məqsədi tikinti, istehsal, logistika və digər fəaliyyət növləri olduğu kimi, həm də, ağır texnikanın ehtiyaclarını təmin etməkdir. 2014-cü ildən etibarən tikinti, istehsal, logistika, texniki sahələr üzrə tərcümələrini həyata keçiririk....

  • Grand Motors

    Grand Motors

    “Grand Motors” MMC 2005-ci ilin sentyabr ayında təsis edilmişdir. Azərbaycan bazarının tikinti, kənd təsərrüfatı, istirahət və əyləncə sektorunu hədəf götürən şirkət fəaliyyətini bu istiqamətdə qurmuşdur. Atlant Translations MMC ilə 2009-cu ildən fəaliyyət göstərdiyi sahələr üzrə sənədlərin tərcüməsi sahəsində əməkdaşlıq edir....

  • Simfoniya

    Simfoniya

    Simfoniya dizayn mərkəzinin 1998-ci ildə əsası qoyulmuşdur. Fəaliyyətinin əsas istiqaməti: tikinti, istənilən mürəkkəblikdə bina və qurğuların yenidən qurulması, daxili və xarici interyerin dizaynı, yaşayış binalarının, habelə ictimai yerlərin dizaynıdır. Fəaliyyət sahələri üzrə tərcümə xidmətlərini 2005-ci ildən etibarən Atlant Translations MMC-yə həvalə edir....

  • ACE Forwarding

    ACE Forwarding

    ACE FORWARDING CASPIAN multimodal logistika və yüklərin daşınması ilə məşğul olan bir şirkət kimi 1996 – cı ildə təsis olunmuşdur. Bu gün MDB ölkələrində və Qafqaz regionunda inteqrasiya olunmuş logistikanın dünyaca aparıcı provayderlərindən biridir. 2008-ci ildən Atlant Translations MMC ilə tərcümə xidmətləri üzrə əməkdaşlıq edir....

  • Socar

    Socar

    SOCAR Azərbaycandakı neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili/xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. 2010-cu ildən bizimlə əməkdaşlıq edir....

  • Heerim

    Heerim

    “Heerim Architects and Planners” şirkəti – Koreya Dizayn və CM şirkətidir və tikinti sahəsi, tikinti texnologiyası ilə məşğul olur. Bu sahəyə dair sənədlərinin, əsasən direktivlərin tərcümə və notarial təsdiq xidmətlərini 2013-cü ildən etibarən Atlant Translations MMC – yə etibar edir....

  • Benkons MMC

    Benkons MMC

    2008-ci ildən fəaliyyətə başlamış “BENKONS” şirkəti artıq 6 ildir ki, Azərbaycanın tikinti, təmir və abadlaşdırma sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərindən birinə çevrilmişidir. Təmir və tikinti sahəsi üzrə sənədlərinin tərcümə və notarial xidmətlər üzrə 2013-cü ildən Atlant Translations MMC ilə əməkdaşlıq edir....

  • DORCE

    DORCE

    Dorçe Prefabrik Yapı ve İnşaat Sanayi Ticaret A.Ş., şirkəti 1984-cü ildə təsis olunmuş, mühəndislik, tədarük və inşaat xidmətlərini təklif edən Türk firmasıdır. 2007-ci ildə Azərbaycanda böyük bir layihənin icrası zamanı sənədlərinin tərcümələrini bizə etibar edirdilər. Azərbaycanda olduqları müddətdə tərcümə xidmətlərini biz həyata keçirmişik....

  • ATEF

    ATEF

    “ATEF Şirkətlər Qrupu” MMC 1961-ci ildə Azərbaycan Elektrik təmiri zavodunun bazasında yaradılmış və “Bakı Transformatorlar Zavodu” ASC-nin varisidir. Hal-hazirda müəssisə özündə elektrik və tikinti məhsullarının istehsalı üzrə 4 böyük zavod birləşdirir. Öz fəaliyyəti üzrə tərcümə xidmətlərini Atlant Translations MMC-yə həvalə edir....

  • SIEMENS

    SIEMENS

    Siemens şirkətinin nümayəndəliyi Bakı şəhərində 1998-ci ildən fəaliyyət göstərir. Azərbaycanda enerji, daşınma və səhiyyə sahəsi üzrə bir çox layihələr həyata keçirmişdir. Bu şirkətlə əməkdaşlığımız qeyd olunan sahələr üzrə sənədlərin, müqavilələrin, təlimatların və s. yazılı tərcümə xidmətini əhatə edir....

  • CBG

    CBG

    CBG missiyası dünyanın aparıcı istehsalçılarının məhsulu olan ağır tikinti texnikası, generatorlar, sənaye və dəniz mühərrikləri, müxtəlif ehtiyat hissələrini təmin etməklə, asanlıqla lazım olan tikinti avadanlıqlarının müştərilər tərəfindən əldə edilməsinə kömək etməkdir. Qeyd olunan fəaliyyət sahəsi üzrə tərcümə xidmətlərini 2014-cü ildən Atlant Translations MMC-yə həvalə edir....

  • CCİC

    CCİC

    CCIC Beynəlxalq tikinti şirkətidir. Dünya bazarında olduğu kimi Azərbaycanın inşaat sektorunda da aparıcı yerlərdən birini tutur. Azərbaycanda bir çox iri layihələrə imza atmışdır. Tikinti və inşaat sahəsinə dair sənədlərinin tərcümələrini 2013-cü ildən Atlant Translations MMC-yə etibar edir....

  • Alfa Audit

    Alfa Audit

    “Alfa Audit” auditor şirkətinin əsası 2001-ci ildə qoyulmuşdur. Hal hazırda “Alfa Audit” – Azərbaycanın audit, mühasibat uçotu, maliyyə, hüquq və idarəetmə məsləhətləri sahəsində xidmət göstərən aparıcı şirkətlərdən biridir. 2012-ci ildən etibarən tərcümə xidmətləri üzrə əməkdaşlıq edirik....

  • VEKARUS MMC

    VEKARUS MMC

    Pəncərə və qapı konstruksiyaları üçün plastik profil istehsal edən VEKA AG Kompaniyası 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və PVX-dən hazır pəncərələrin istehsalı üçün müasir materialların hazırlanması ilə məşğul olur. 2014-cü ildən tərcümə və notarial xidmətlər üzrə Atlant Translations MMC ilə əməkdaşlıq edir....

  • AzPetrol

    AzPetrol

    “Azpetrol Ltd” MMC-nin əsas fəaliyyət istiqaməti yanacağın pərakəndə və topdan satışını yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi vasitəsilə həyata keçirməkdən ibarətdir. Bu sahə üzrə sənədlərinin tərcüməsi və digər müvafiq xidmətlər şirkətimiz tərəfindən həyata keçirilir....

  • HALLIBURTON

    HALLIBURTON

    Amerika şirkəti olan “Haliburton” şirkətinin əsası 1919 – cu ildə qoyulmuşdur. Neft və enerji sənayesi üçün məhsul xidmət təchizatçısı kimi dünyada ən böyük şirkətlərdən biridir. Tərcümə və notarial xidmətlərini Atlant Translations MMC-yə həvalə edir....

  • AzBentonit

    AzBentonit

    “Azbentonit” MMC 2004-cü ildə yaradılmışdır. Müəssisənin yaradılmasında əsas məqsəd Respublikamızın mineral qeyri-filiz xammal yataqlarının kəşfiyyatını, öyrənilməsini, texnoloji qiymətləndirilməsini həyata keçirmək, sənaye əhəmiyyəti olan yataqların xammalları əsasında müxtəlif təyinatlı materialların istehsalını təşkil etməkdir. Fəaliyyət sahəsi üzrə sənədlərinin tərcüməsini Atlant Translations MMC həyata keçirir....

Flexisel - A responsive jQuery Carousel