Online ödəmə formu

Şirkət haqqında

o-kompanii

Atlant Translations MMC tərcümə sahəsində öz rəsmi fəaliyyətinə 2000-ci ildə start vermişdir. Hələ o zamanlar şirkət yalnız yazılı tərcümə xidmətini təklif edirdi. Şirkətin ştatlı işçi heyəti 3 nəfərdən ibarət idi, əməkdaşlıq etdiyi frilans tərcüməçilərin sayı isə 50-yə yaxın idi. Azərbaycanda o dövrlərdə hələ onlayn əlaqələrin inkişaf etmədiyi bir zamanda, istər şirkətin daxili hesabatlarının onlayn təqdimi, istəsə də, bütün müştərilər və frilans tərcüməçilər ilə onlayn əlaqələrin yaradılması hələ mümkün olmadığı üçün, bütün bunlar çox zaman tələb edirdi və şirkətin işini ləngidirdi. Get-gedə dövlətdə onlayn xidmətlərin inkişafı və sosial şəbəkələrin geniş yayılması nəinki Atlant Translations MMC-nin, eyni zamanda bütün şirkətlərin işini xeyli yüngülləşdirdi.

Daha sonralar şirkət ardıcıl və sinxron tərcümə xidmətlərinə də start verdi. Bundan əlavə öz frilans tərcüməçi bazasını bu illər ərzində xeyli genişləndirdi. Ölkədə və yaxın regionda olan ən peşəkar və tanınmış tərcüməçi və redaktorlardan ibarət bir komanda yaratdı. Bundan əlavə şirkət tərcümə proqramları (SDL Translation Memory, Terminology Management, SDL Software Localization) almışdır və beləliklə, bu gün müştərilər öz sifariş etdikləri tərcümələrin gedişatına onlayn nəzarət edə bilərlər.

Şirkət fəaliyyətə başladığı dövrdən bu günədək 50-dən çox sahə üzrə tərcümələr edib, bu sahələr üzrə xüsusi lüğətlər və terminoloji baza yaratmışdır.

Şirkətin Yazılı Tərcümələr şöbəsinin daxilində notarial xidmətlər bölməsi yaradılmışdır ki, notarial sənədləşmə işlərinə xüsusi Layihə Meneceri nəzarət edir. İri həcmli layihələrin tərcüməsi zamanı isə müştəri üçün xüsusi bir Layihə Rəhbəri təyin olunur.

Bu gün Atlant Translations MMC 4 şöbədən, 11 ştat tərcüməçi və redaktor heyəti, 3 Layihə rəhbəri, 1 Tərcüməçi Koordinator, 1 DTP mütəxəssisi, 100-dən çox frilansdan ibarət bir komandaya malikdir. Bu gün şirkət ay ərzində orta hesabla 5000-dən çox səhifənin tərcüməsini həyata keçirir ki, bu sənədlərin mövzusu 50-dən çox sənaye sahəsini əhatə edir.

Bu gün şirkətdə fəaliyyət göstərən şöbələr bunlardır:

  •  Yazılı tərcümə şöbəsi,
  •  Şifahi tərcümələr şöbəsi,
  •  Lokalizasiya şöbəsi,
  •  Notarial sənədlər şöbəsi.

Məhz bu peşəkar kollektivdən ibarət komanda sayəsində müştərilərimizin sayı günbəgün artmaqdadır.

Flexisel - A responsive jQuery Carousel