Online ödəmə formu

scince

Elm sahəsi bir ixtisas daxilində biliklərin cəmlənməsini təsvir edir.

Bu gün digər sahələrdə olduğu kimi, elm sahəsində də beynəlxalq əməkdaşlığa üstünlük verilir və bu sahənin inkişafı istiqamətində beynəlxalq təcrübələrə istinad olunur. Son illər demək olar ki, bütün ali təhsil müəssisələri və elmi tədqiqat institutları öz işlərini beynəlxalq səviyyədə qurmağa çalışırlar. Və bu istiqamətdə digər ölkələr ilə təcrübə mübadiləsi aparmaq üçün həmin ölkələrin elm sahəsi üzrə mütəxəssisləri Azərbaycana dəvət olunur və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Bu da yazılı və şifahi tərcümə xidmətlərinə olan ehtiyacı birə beş artırır. Bu kimi bir çox tədbirlərin əsasən ardıcıl tərcümə xidmətləri və eyni zamanda sinxron tərcümə xidmətləri dəfələrlə Atlant Translations MMC tərəfindən həyata keçirilmişdir və bu gün bu istiqamətdə əməkdaşlıqlarımız davam edir.

Bununla yanaşı, bir çox elmi işlərin, dissertasiyaların, elmi araşdırmaların və digər elmi sənədlərin bir çox dillərə tərcüməsini də həyata keçirmişik. Bu sahədə beynəlxalq münasibətlərin qurulması ilə əlaqədar müqavilələr, konvensiyalar, protokollar, bəyannamələrin və s. bir çox digər dillərə tərcüməsi də Atlant Translations MMC-yə həvalə olunmuşdur. Elm sahəsi üzrə tərcümə xidmətlərinin həyata keçirilməsi ilə əlaqədar əməkdaşlıq etdiyimiz müəssisələrə misal olaraq, “Azneftkimyamaş” ASC-nin “Maşınqayırma Texnologiyası İnstitutu” TASC, Azərbaycan Milli Elmlər Akademiyasını, Elmi-İnnovasiyalar Mərkəzini və s. göstərə bilərik.

Flexisel - A responsive jQuery Carousel