Online ödəmə formu

Korporativ sənədlər

korporativ-senedler

Korporativ sənədlər – şirkət təsis olunduğu andan bütün fəaliyyəti boyunca şirkət / rəhbərlik / səlahiyyətli şəxsin adından tərtib olunan bütün sənədlərdir. Korporativ sənədlərə nümunə olaraq, aşağıda sadalanan bəzi sənədləri göstərə bilərik:

– Nizamnamələr,
– Əsasnamələr,
– Hüquqi ünvan haqqında sənəd,
– Mülkiyyət hüququnu təsdiq edən sənəd,
– Sahibinin razılıq ərizəsi,
– İki təsisçi olduğu halda təsis müqaviləsi,
– Şəhadətnamələr,
– Reyestrdən çıxarış,
– Payların müəyyənləşdiriməsi,
– Şirkətin yaradılması haqqında qərar,
– Şirkətə dair əmrlər,
– Şirkətə ünvanlanmış və ya şirkətdən göndərilən məktublar,
– Arayışlar,
– Təqdimatlar,
– Aktlar,
– Etibarnamələr və s.

Korporativ sənədlərin istənilən dillərə tərcüməsi ilə yanaşı, notarial təsdiq və leqallaşma xidmətlərini də həyata keçiririk. Eyni zamanda şirkətlərdə vaxt məhdudiyyətini nəzərə alaraq, hazır, tərcümə olunmuş və təsdiqlənmiş sənədləri şirkətlərin ofis ünvanına çatdırılması xidmətini də həyata keçiririk.

Bu sənədlər adətən şablon formada olduğu üçün, Atlant Translations MMC tərəfindən tərcümə qiymətinə xüsusi endirimlər təklif olunur. Demək olar ki, əməkdaşlıq etdiyimiz bütün şirkətlərin korporativ sənədlərinin müxtəlif dillərə tərcüməsini Atlant Translations MMC yerinə yetirmişdir.

Flexisel - A responsive jQuery Carousel