Online ödəmə formu

Məhkəmə sənədləri

mehkeme-senedleri

Azərbaycanda ədliyyə orqanlarının işinin müasir, beynəlxalq tələblərə cavab verməsi üçün daim əsaslı tədbirlər həyata keçirilir və bu sahə istər yerli rəhbər orqanların, istərsə də beynəlxalq qurumların daim diqqət mərkəzindədir.

Atlant Translations MMC bütün digər sahələr ilə yanaşı, hüquq sahəsi üzrə də yüksək ixtisaslaşmışdır. Hüquq sahəsi digər sahələrə nisbətən daha çox dəqiqlik, məsuliyyət və təcrübə tələb edən bir sahədir. Buna görə də bu sahəyə aid olan sənədlərin tərcüməsini xüsusi hüquqşünas mütəxəssislərə həvalə edirik ki, bu da bizə məhkəmə sənədlərinin tərcüməsini yüksək səviyyədə həyata keçirməyə imkan yaradır. Bu sənədlərə əsas etibarı ilə məhkəmə sənədləri aiddir ki, məhkəmə sənədlərinə misal olaraq:

  • Məhkəmə qərarları,
  • Məhkəmə qətnamələri,
  • Rəyləri,
  • Bülletenləri,
  • İddia ərizələri,
  • İttiham aktları,
  • Vəsatətlər və s. göstərə bilərik.

Əməkdaşlıq etdiyimiz hüquqşünas tərcüməçilərin yüksək təcrübəsindən istifadə edərək, hüquq sahəsi üzrə lüğətlər yaratmışıq ki, bu da tərcümələrin daha surətlə və daha dəqiq icra olunmasına çox kömək olur.

Bu sahə üzrə bir çox fiziki şəxslərlə və şəhər və rayon məhkəmələri ilə əməkdaşlıq edirik. Buna misal olaraq, Nəsimi Rayon Məhkəməsini, Nizami Rayon Məhkəməsini, Bakı şəhər Prokurorluğunu və s. kimi ədliyyə orqanlarını göstərə bilərik.

Flexisel - A responsive jQuery Carousel