Online ödəmə formu

Notarial sənədlər

notarial-senedler

Atlant Translations MMC notarial təsdiqi tələb olunan istər korporativ sənədlərin, istərsə də şəxsi sənədlərin tərcüməsi ilə məşğul olur. Bu sənədlər müştərinin müraciətinə əsasən notarial qaydada, leqallaşdırılma yolu ilə, apostil ilə, konsulluq leqallaşması ilə təsdiqlənir. Korporativ və ya şəxsi sənədlərdən xarici dövlətlərdə istifadə etmək üçün və ya hər hansı dövlət qurumuna təqdim edən zaman, sənədlərin tərcümələrinin notarial qaydada təsdiq olunması tələb edilir ki, bu xidmətlər də şirkətimiz tərəfindən həyata keçirilir.

Adətən korporativ sənədlərin (nizamnamələrin, şəhadətnamələrin, müqavilələrin, əlavə sazişlərin, yazışmaların və s.) və şəxsi sənədlərin (şəxsiyyət vəsiqələrinin, doğum / nigah haqqında şəhadətnamələrin və s.) tərcüməsi notarial qaydada təsdiq olunur və bunlar notarial sənədlər hesab olunur. Bununla yanaşı, etibarnamələr, vərəsilik şəhadətnamələri, ev alqı-satqı müqavilələri, vəziyyətnamələr, notarial ərizələr və s. notarial sənədlər hesab olunur.

Bununla yanaşı, leqallaşdırılma yolu ilə, apostil ilə və konsulluq leqallaşması ilə təsdiq olunmuş sənədlər də notarial sənədlər hesab olunur.

Bu cür sənədlər də adətən şablon formaya malik olduğu üçün Atlant Translations MMC tərəfindən xüsusi endirimli qiymətlər təklif olunur. Atlant Translations MMC eyni zamanda təsdiq olunmuş sənədlərin ünvana çatdırılması xidmətini də öz müştərilərinə təklif edir.

Flexisel - A responsive jQuery Carousel