Online ödəmə formu

Qanunvericilik aktları və s.

qanunvericilik-sened

Qanunvericilik aktları dedikdə, dövlətin qanunvericilik sistemini təşkil edən normativ hüquqi aktlar başa düşülür ki, normativ xarakterli aktlar da Konstitusiya Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənədlərdir. Bu sənədlərə misal olaraq, aşağıda sadaladığımız sənədləri göstərə bilərik:

  • Konstitusiya Məhkəməsinin qərarları;
  • Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;
  • Mərkəzi Bankın qərarları;
  • Məhkəmə – Hüquq Şurasının qərarları;
  • Milli Televiziya və Radio Şurasının qərarları;
  • Yerli özünüidarə orqanlarının qərarları;
  • Yerli icra hakimiyyəti orqanlarının qərarları;
  • Hüquqi aktlar,
  • Yerli qanunvericililik,
  • Beynəlxalq qanunvericilikləri və s.

Ölkəmizdə yuxarıda qeyd olunan və müxtəlif sahələr üzrə qanunlar beynəlxalq qanunlara əsaslanaraq hazırlanmışdır ki, bu zaman həmin beynəlxalq qanunlar tərcümə olunmuşdur. Atlant Translations MMC də həmçinin bir çox dövlət təşkilatları üçün bu tərcümə xidmətlərini həyata keçirmişdir. Bu sənədlərin digər dillərə tərcüməsi də böyük məsuliyyət və bilik tələb edir ki, Atlant Translations MMC bu tip sənədləri yalnız peşəkar mütəxəssislərə həvalə edir. Buna misal olaraq şirkətimiz Azərbaycan Respublikasının Dəniz Administrasiyası üçün beynəlxalq dəniz ticarət məcəlləsini, dəniz ticarət qaydalarını, beynəlxalq limanlar barəsində qanunları, Ədliyyə Nazirliyi üçün beynəlxalq notariat barəsində qanunları, Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Kommissiyası, Milli Məclis və s. kimi dövlət orqanları üçün isə beynəlxalq standartların, ratifikasiyaların, beynəlxalq qanunların, təcrübələrin və s. tərcüməsini həyata keçirmişdir.

Flexisel - A responsive jQuery Carousel