Online ödəmə formu

İdman

sport

İdman sahəsi bütün dünya ölkələri arasında ən çox diqqət mərkəzində olan bir sahədir. Yaşından, cinsindən, irqindən və dilindən asılı olmayaraq, hər bir şəxs idman oyunlarını izləyən zaman, heç bir şərh olmadan oyunçunun taktikasını, zəif və guclu tərəflərini anlaya bilir və demək olar ki, hər bir şəxs idmanın hər-hansı bir növünə maraq göstərir. Əsrlər boyunca ölkələr arasında əməkdaşlıq körpüsünün yaranmasına səbəb olan sahələrdən biri də idman sahəsidir.

Azərbaycan zəngin idman ənənələrinə malik olan bir dövlətdir və Azərbaycanda idman çox qədim bir tarixə malik olmuşdur. Ölkəmizdə idmana yönləndirilən xüsusi diqqət və maraq sayəsində, 2015-ci ildə ilk Avropa Oyunları məhz Azərbaycanda keçirildi ki, bu zaman müxtəlif ölkələrlə əməkdaşlıq, yazışma, əlaqələr qurulması zamanı tərcümə xidmətlərinə böyük ehtiyac yaranmışdı ki, Atlant Translations MMC də bu ərəfədə yazılı və şifahi tərcümə sahəsi üzrə öz üzərinə bir çox öhdəlikləri götürərək, uğurla həyata keçirə bilmişdir.

İdman sahəsi üzrə Atlant Translations MMC-nin tərcümə etdiyi sənədlərə misal olaraq bunları göstərə bilərik:

  • Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya hərəkatı məsələləri üzrə sənədlər toplusu,
  • Press – rilizlər,
  • Bədən tərbiyəsi və idman haqqında beynəlxalq qanununun layihəsi,
  • Aylıq / rüblük / illik idman bulletenləri,
  • Müqavilələr,
  • Dəvət məktubları,
  • Təlimatlar və s.

İdman sahəsi üzrə Atlant Translations MMC-nin əməkdaşlıq etdiyi müştəriləri arasında BEGOC, Azərbaycan Respublikasının İdman və Turizm Nazirliyi və s. vardır.

Flexisel - A responsive jQuery Carousel