Online ödəmə formu

information-technology

Informasiya texnologiyaları sahəsi dünyada sürətlə inkişaf edən bir sahədir. İT son illər daim inkişaf edərək bütün sahələrdə və gündəlik həyatda insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilmişdir.

Azərbaycanda bu sahə nisbətən yeni sahədir. Lakin qısa müddət ərzində bu sahədə böyük uğurlar əldə olunmuşdur. Dünya İqtisadi Forumu Azərbaycanı informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində çox yüksək qiymətləndirir.

Azərbaycan bütün aparıcı beynəlxalq şirkətlərlə bu sahədə səmərəli əməkdaşlıq edir. Bu, həm iqtisadi cəhətdən, həm bütün başqa cəhətlərdən çox vacib, önəmli bir sahədir.

Bu gün, sürətlə inkişaf edən rəqəmsal əsrdə Azərbaycanın internet seqmenti əhəmiyyətli dərəcədə genişlənmişdir.

Son 10 ildə informasiya texnologiyası sahəsində bir çox önəmli layihələr həyata keçirilir ki, bu layihələr zamanı həm yazılı, həm də sinxron tərcüməyə ehtiyac yaranır. Bu cür layihələrin həyata keçirilməsi üçün Rabitə Nazirliyi tərəfindən konfranslar, forumlar keçirilir ki, bu tədbirlərin sinxron tərcümə və sinxron tərcümə avadanlıqları ilə təchizi çox zaman Atlant Translations MMC-yə həvalə olunur.

Azərbaycanda İT-nın beynəlxalq qurumlarla uğurlu əməkdaşlığı bu sahə üzrə bir çox sənədlərin, beynəlxalq qanunların, standartların və digər mühüm qanunlar və bir çox digər sənədlərin yazılı tərcüməsinə ehtiyacı daha da artırmışdır. Atlant Translations MMC də eyni zamanda İT sahəsində Windows applications və digər application-lar, proqram təminatları, telefon proqramlarının (misal üçün icloud) və s. tərcüməsini həyata keçirmişdir.

İT sahəsi üzrə əməkdaşlıq etdiyimiz müştərilər arasından Rabitə Nazirliyini, Microsoft və s. göstərə bilərik

Flexisel - A responsive jQuery Carousel