Online ödəmə formu

Konsaltinq

KONSALTINQ

Konsaltinq öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Konsaltinq özündə məsləhətləşmə, audit və ekspert təhlilinin aktiv vəhdətini əks etdirir. Artıq yüksək sosial – iqtisadi inkişaf tempinə malik olan ölkəmizdə də müxtəlif sahələr üzrə konsaltinq xidmətinə geniş yer ayrılmaqdadır.

Azərbaycanda konsaltinq sahəsinin nəzərə çarpan artımına baxmayaraq, bu sahə çox gəncdir. Bu gün Azərbaycanda konsaltinq xidmətlərinin ən çox tələb olunan növü hüquqi konsaltinqdir. Bura vergi, torpaq, əmək, prosessual, maliyyə, bank hüququ məsələləri aiddir.

Konsaltinq sahəsi üzrə müxtəlif dillərə tərcümə etdiyimiz sənədlər arasında aşağıda qeyd olunan sənədləri göstərə bilərik:

  • Mühasibat uçotu,
  • Hüquqi və fiziki şəxslərin qeydiyyat sənədləri,
  • Vergi planlaşdırılması,
  • Maliyyə uçotu və maliyyə hesabatları,
  • Alqı-satqı müqavilələri, invoys və qaimə-fakturalar,
  • Bütün aylıq, rüblük və illik hesabatlar,
  • Nizamnamələr,
  • Məhkəmə sənədləri,
  • Audit sənədləri,
  • Sığorta və bank sənədləri və s.

Konsaltinq sahəsi üzrə Atlant Translations MMC – nin əməkdaşlıq etdiyi şirkətlər arasında “Alfa – audit”, BİMTEK Mobil Həllər və Marketinq MMC və s. göstərə bilərik.

Flexisel - A responsive jQuery Carousel