Online ödəmə formu

Marketinq, reklam və PR

marketinq

Marketinq – mübadilə fəaliyyətinini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Azərbaycanda marketinq sahəsi yeni sahə olsa da, bu sahəyə olan tələbat olduqca böyükdür. Reklam qəzet, websaytlar, radio, billbord və s. kimi vasitələrlə müxtəlif dillərdə ictimaiyyətə ötürülə bilər. Atlant Translations MMC-nin bu sahə üzrə ixtisaslaşmış tərcüməçiləri də vardır. Promo materialların hədəf dilə tərcüməsi elə aparılmalıdır ki, hədəf dilin dil daşıyıcıları tərəfindən düzgün qarşılansın, anlaşılsın və bəyənilsin. Bunun üçün də mərkəzimiz bütün dillər üzrə dil daşıyıcıları ilə əməkdaşlıq edir. Marketinq, reklam və PR sahəsi üzrə müxtəlif dillərə tərcüməsini həyata keçirdiyimiz sifarişlər arasından aşağıda qeyd olunanları misal çəkə bilərik:

  • Saytlar,
  • Kataloqlar, bukletlər, flayerlər,
  • Roll-uplar,
  • Brand wall-lar,
  • vizitkalar,
  • TV və radio kanallarında yayımlanması üçün nəzərdə tutulan reklam roliklərinin ssenarisi və s.

Bununla yanaşı, marketinq, reklam və PR sahəsi üzrə bir çox tədbirlər, konfranslar, təqdimatlar və forumlar keçirilir ki, bu tədbirlərin də sinxron tərcümə və sinxron tərcümə avadanlıqlarının təchizini Atlant Translations MMC həyata keçirir.

Marketinq, reklam və PR sahəsi üzrə əməkdaşlıq etdiyimiz şirkətlər arasında BİMTEK Mobil Həllər, Vekarus MMC, Dorçe Prefabrik Yapı ve İnşaat Sanayi Ticaret A.Ş., şirkəti və s. kimi şirkətlər vardır.

Flexisel - A responsive jQuery Carousel