Online ödəmə formu

Nəqliyyat və daşıma

logistika

Bu gün bütün dünyada logistika biznes sahəsinin mühüm tərkib hissələrindən birinə çevrilmişdir. Beynəlxalq nəqliyyat daşımalarında logistik metodlardan geniş istifadə olunur və bu sahədə ölkələrarası əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycanda nəqliyyat sistemlərinin logistikası ixtisası üzrə mütəxəssislərin hazırlığına 2006-cı ildən başlanmışdır. Lakin bu günə kimi logistika sahəsi üzrə mütəxəssislərin beynəlxalq standartlara uyğun hazırlanması, beynəlxalq nəqliyyat daşımalarında logistik metodların daha da inkişaf etdirilməsi, yeni logistik sistem və texnologiyaların tətbiqi istiqamətində

fikir mübadiləsi aparmaq üçün müxtəlif tədbirlər keçirilir ki, Atlant Translations MMC də bu tədbirlərin uğurla həyata keçirilməsi üçün öz üzərinə düşən xidmətləri yüksək səviyyədə həyata keçirir.

Nəqliyyat və logistika üzrə Atlant Translations MMC-nin ixtisaslaşmış mütəxəssisləri vardır ki, bu mütəxəssislər nəqliyyat və logistika sahəsinə dair xüsusi lüğətlər hazırlamışlar və bu gün bu, müştərilərimizin bizim işimizi daim yüksək qiymətləndirməsinə səbəb olur.

Bu sahə üzrə tərcümə etdiyimiz sənədlərə nümunə olaraq, aşağıda qeyd olunan bəzi sənədləri göstərə bilərik:

  • İstifadə qaydaları
  • Tələblər və texniki xarakteristika
  • Test sınaqlarının nəticələri
  • Montaj və istismar üzrə təlimat
  • Spesifikasiya cədvəli
  • Təmir və modernləşdirmə üzrə sənədlər
  • Layihə və istismar – texniki sənədləşmə
  • PT montajı üzrə təlimat
  • Marketinq sənədləri
  • Maliyyə sənədləri

Nəqliyyat və logistika sahəsi üzrə əməkşdaşlıq etdiyimiz müştərilərə misal olaraq, Original Motors, ACE Forwarding və s. kimi şirkətləri göstərə bilərik.

Flexisel - A responsive jQuery Carousel