Online ödəmə formu

Enerji və elektrotexnika

enerji

Enerji və elektrotexnika sürətlə inkişaf edən və tərkibi ildən-ilə yeniləşən bir sahədir. 200 illik inkişaf tarixinə malikdir.

Respublikada maşınqayırma yaxın zamanlara qədər əsasən neft-qaz sənayesi üçün avadanlıq istehsalı üzrə ixtisaslaşmışdı. İndi maşınqayırma müəssisələrində, həmçinin elektrik mühərrikləri, müxtəlif cihazlar, avtomatlaşdırma və telemexanika qurğuları, yellənmə dəzgahları, elektrotermik avadanlıq və cihaz növləri və s. istehsal olunur.

Azərbaycan elektroenergetika bazası ilə zəngindir. Enerji və elektrotexnika sektoru Azərbaycanın iqtisadiyyatında əsas rol oynayır. Respublikada maşınqayırma məhsulunun 40 %-i elektrotexnikanın payına düşür. Elektron, radio və onlarla əlaqədar olan sənaye sahələrinin inkişafının böyük əhəmiyyəti vardır.

Azərbaycanda energetika sahəsinin dinamik inkişafı, regiona investorların artan ümumi marağı, Azərbaycan müəssisələrində ən yeni avadanlıq və texnologiyaların tətbiqi və istifadəsinin geniş perspektivləri, həmçinin alternativ enerji mənbələrinin inkişaf perspektivləri demək olar ki, ildə bir neçə dəfə, dünyaca məhşur enerji və elektrotexnika sektorunun aparıcı şirkətlərini müxtəlif sərgilərdə, forumlarda və digər dövlət əhəmiyyətli, iri tədbirlərdə bir arenaya toplayır və bununla da enerji və elektrotexnika sahəsi üzrə beynəlxalq əməkdaşlıq günü-gündən inkişaf edir.

Nəticə etibarı ilə, bu tədbirlərin həyata keçirilməsi üçün sinxron tərcüməçilərə, sinxron tərcümə avadanlıqlarına və eyni zamanda yazılı tərcüməyə olan tələbat da artır. Bu tələbatın ödənilməsi müəyyən dərəcədə Atlant Translations MMC-nin də öhdəliyindədir. Belə ki, bu sahə üzrə istər sinxron tərcüməçi, istər sinxron tərcümə avadanlıqlarının icarəsi, istərsə də yazılı tərcümə xidmətlərinin icrası üzrə artıq bir neçə ildir ki, əməkdaşlıq etdiyimiz şirkətlər arasında “Samsung Electronics Caucasus Company” şirklətinin Azərbaycan nümayəndəliyi, SOCAR-in müəssisələri, ATEF şirkəti, CBG şirkəti, Halliburton şirkəti və s. göstərmək olar.

Flexisel - A responsive jQuery Carousel