Online ödəmə formu

İnşaat, mühəndislik

INSAAT

Son illər Azərbaycan iqrtisadiyyatı çox böyük uğurlar qazanmışdır. Ölkədə aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektoru olan bütün sahələr kimi tikinti sektoru da sürətlə inkişaf edir və burada ən müasir texnologiyalar tətbiq olunur.

Hazırda Azərbaycanda inşaat, mühəndislik sektoru sürətlə inkişaf edir, inşaat şirkətləri yeni səviyyələr əldə edir və beynəlxalq arenada öz xidmətlərini təklif edir.

Atlant Translations MMC də öz növbəsində bu inkişafdan yararlanmaqdadır. Belə ki, inşaat, mühəndislik sektoru üzrə ixtisaslaşmış, çox təcrübəli tərcüməçilərimiz vardır. Uzun illərdir, memarlıq, dizayn, tikinti, mühəndislik, layihələndirmə, abadlaşdırma, təmir, texniki-mühəndislik, işıqlandırma, təhlükəsiz sistemlərinə dair sənədlərin və təlimatların yazılı tərcümə xidmətləri sahəsində yüksək təcrübələr əldə etmişik.

Bu sahədə fəaliyyət göstərən bir çox iri həcmli şirkətlər ilə əməkdaşlığımız bu gün də davam edir. Bu şirkətlərə misal olaraq, Wood Kenny, Azimport, Sade, Simfoniya, Heerim, Benkons, Dorce, CCİC və s. kimi şirkətləri göstərə bilərik.

Flexisel - A responsive jQuery Carousel