Online ödəmə formu

Metallurgiya

metal

Metallurgiya metalların, həmçinin vacib yarımmetalların və qeyri metalların yerdən, filizlərdən, duzlardan çıxarılması və istifadə olunması üçün tətbiq olunan üsullar toplusudur.

Metallurgiya sənayesi digər sənaye sahələrinin – maşınqayırma, cihazqayırma, avtomobilqayırma, energetika, eləcə də məişət texnikasının inkişafına müsbət təsir göstərir. Təsadüfi deyil ki, dünyanın ən iri ölkələrinin məhz metal istehsalı, metal emalı sənayeləri kifayət qədər güclüdür. Bu, perspektivli bir sahədir. Ümumiyyətlə, sənayenin inkişafı, xüsusilə ağır sənayenin inkişafı metal təminatından bilavasitə asılıdır.

Azərbaycanda da metallurgiyanın inkişafının qədim tarixi və ənənələri vardır.

Azərbaycan regionda ən perspektivli metallurgiya ölkəsidir. Respublikamızın dünya ölkələri ilə iqtisadi əlaqələr yaratmasına imkan verən əlverişli coğrafi mövqeyi, zəngin enerji və material ehtiyatları, 160 ildən çox tarixi olan metallurgiya sənayesi üzrə təcrübəsi vardır.

Beynəlxalq əlaqələr genişləndikcə, respublikada tərcüməyə olan ehtiyac da gün-gündən artır. Bu gün metallurgiya sektoru üzrə ixtisaslaşmış mütəxəssislər ilə əməkdaşlıq edirik ki, bu da tərcümə olunmuş sənədlərin mütəxəssis tərəfindən redaktəsinə imkan verir və bu sənaye sahəsinə dair terminlərin tərcüməsində hər-hansı səhvlərin buraxılmasına yol vermir. Metallurgiya sahəsinə dair bir çox direktivlərin, təlimatların, aktların, beynəlxalq standartların və s. tərcüməsini həyata keçirmişik.

Flexisel - A responsive jQuery Carousel