Online ödəmə formu

neft-qaz

Müasir dünya iqtisadiyyatı neft‐qaz erasını yaşayır. Neft yer kürəsində ən mühüm təbii enerji ehtiyyatlarından sayılır.

Bizim ölkənin də neft və qazdan asılılığı çox böyükdür, belə ki, ümumi daxili məhsulun yarıdan çox hissəsi neft‐qaz sənayesinin payına düşür.

Azərbaycan dünyanın ən qədim neft ölkəsi sayılır və burada neftin sənaye üsulu ilə çıxarılmasının 150 ilə yaxın tarixi vardır.

Digər tərcümə mərkəzlərindən fərqimiz neft-qaz sənayesi üzrə qazandığımız illərin təcrübəsidir. Neft-qaz sənayesi üzrə texniki sahəyə dair sənədlərin, layihə, elmi-tədqiqat, normativ, tender sənədlərinin, təlimatların, direktivlərin, sınaq nəticələrinin, çertyojların və sxemlərin yazılı tərcüməsindən tutmuş, iri həcmli mühüm tədbirlərin, danışıqların şifahi tərcüməsinə və tərcümə avadanlıqlarının quraşdırılmasına kimi xidmətlərin həyata keçirilməsində ən çox müraciət olunan şirkətlər sırasındayıq.

Azərbaycanda fəaliyyət göstərən böyük şirkətlər arasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Dəniz Administrasiyası, Azpetrol MMC, Halliburton və s. kimi şirkətlər ilə əməkdaşlığımız vardır. Bir çox böyük layihələrin yazılı tərcümə xidmətləri Atlant Translations MMC-yə həvalə olunmuşdur. Bu layihələrə misal olaraq, Nabucco və BTC (Baku-Tibilisi-Ceyhan) layihələrini göstərə bilərik. Neft-qaz sənayesi üzrə yalnız yazılı tərcümə xidmətləri ilə yanaşı, eyni zamanda beynəlxalq səviyyəli tədbirlərdə də bu şirkətlər üçün sinxron tərcümə xidmətlərini həyata keçirmişik.

Flexisel - A responsive jQuery Carousel