Online ödəmə formu

Tibbi tərcümə

Tibb sahəsi – dövlət fəaliyyətinin bir istiqamətidir, məqsədi əhaliyə hərtərəfli tibbi xidməti təşkil etməkdir.

Tibb sahəsi həyatımızda vacib sahələrdən biri olmaqla yanaşı, insanların həyatında, sağlamlığında rol oynayan vacib və əsas amillərdən biridir.

Hal-hazırda yəni, müasir dövrdə səhiyyənin modernləşdirilməsi istiqamətləri aparılır. Azərbaycanda bu günün tələbi Azərbaycan səhiyyəsini dünyaya və həmçinin dünya səhiyyəsini Azərbaycana bir daha təqdim etməkdir.

Son illərdə Azərbaycanda görülən tədbirlər, habelə beynəlxalq humanitar təşkilatların yardımı sayəsində səhiyyənin fəaliyyətinin bəzi mühüm istiqamətlərində problemlərin azalması və ya aradan qaldırılması, səhiyyəmizin statistik və məlumat xidməti bazasının təkmilləşdirilməsi sahəsində aparılan işlərdə BMT Uşaq və Əhali Fondunun, UNİCEF, Dünya Bankı, USAİD, ÜST və digər beynəlxalq qurumların yardımını xüsusilə qeyd etmək lazımdır.

Digər sahələrdə olduğu kimi səhiyyə sahəsində də beynəlxalq əlaqələrin genişlənməsi yazılı və sinxron tərcüməyə olan ehtiyacı daha da artırır. Tibb sahəsində müxtəlif dillərə yazılı tərcümə üçün sifariş olunan sənədlərə əsasən – tibbi arayışlar, diaqnozlar, analizlərin cavabları, reseptlər və s. daxildir.

Bununla yanaşı, ölkəmizin sürətli inkişaf yolunda insanlara göstərilən səhiyyə xidmətləri daha da yaxşılaşdırılır, ən müasir tələblərə cavab verən avadanlıqlar Azərbaycana gətirilir ki, bu avadanlıqların istifadə qaydaları, təlimatlar, əl kitabçaları və s. tərcüməyə verilir.

Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Və dərman preparatlarına aid təlimatları və inqredient cədvəlinin də tərcüməsini həyata keçiririk.

Eyni zamanda səhiyyə sahəsində beynəlxalq təcrübələrin mənimsənilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi istiqamətində klinikalar və ali tədris müəssisələri tərəfindən bir çox konfranslar, seminarlar və forumlar təşkil olunur ki, bu tədbirlərin sinxron tərcümə xidmətləri və sinxron tərcümə avadanlıqlarının təchizi Atlant Translations MMC-yə həvalə olunur. Əməkdaşlıq etdiyimiz klinikalar arasında Leyla Şıxlinskaya adına klinikanı, Celamig göz klinikasını və s. göstərə bilərik, tibb müəssisələri arasından isə Azərbaycan Tibb Universitetinin müxtəlif müəssisələri ilə əməkdaşlıq edirik.

Flexisel - A responsive jQuery Carousel