Online ödəmə formu

Yazılı tərcümə

Atlant Translations MMC -nin yarandığı gündən ixtisaslaşdığı ən əsas sahə yazılı tərcümə sahəsidir. Məhz bu bilik və təcrübə, o cümlədən sifarişlərin tələb olunan qaydada, təyin olunmuş vaxtda və ən yüksək keyfiyyətlə yerinə yetirilməsi hər gün Mərkəzimizin daha da inkişaf etməsinə və müştəri bazasının günbəgün genişlənməsinə səbəb olmuşdur.

Mətnin mövzusundan, mürəkkəbliyindən və həcmindən asılı olmayaraq, o cümlədən, mətnin aid olduğu sahədən asılı olmayaraq, yüksək keyfiyyətə və operativliyə zəmanət veririk. Yazılı tərcümə şöbəsi aşağıda qeyd olunan hər bir sahə üzrə yüksək peşəkar tərcüməçilər ilə işləyirik:

  • Texniki tərcümə;
  • Hüquqi tərcümə;
  • Tibbi tərcümə;
  • Maliyyə, audit, konsaltinq, ticarət sahəsi üzrə tərcümə;
  • Audio və video materialların tərcüməsi.

İşin keyfiyyətinə nəzarəti qoruyub saxlamaq və müasir tələblərə cavab vermək məqsədilə, mərkəzimizdə müştərilərin yazılı tərcümələrə onlayn rejimdə nəzarət edə bilməsi üçün ən müasir proqram təminatlarından (SDL Translation Memory, Terminology Management, SDL Software Localization) istifadə olunur. Siz eyni zamanda online rejimdə tərcümə sifariş edərək, online ödəniş aparmaqla, heç bir vaxt itkisi olmadan, sənədlərinizin hədəf dilə tərcümə olunmasına nail ola bilərsiniz.

Şirkətinizin biznesini beynəlxalq səviyyədə genişləndirmək istəyirsinizsə, hər dövlətlə öz dilində və profesional şəkildə danışın. Əgər bu Sizdə alınmırsa, biz böyük məmnuniyyətlə Sizə bu işdə yardımçı ola bilərik.

Flexisel - A responsive jQuery Carousel