Online ödəmə formu

Çap qabağı hazırlıq və qrafiki tərtibat

verstka

Atlant Translations MMC sifarişə qəbul etdiyi sənədlərin tərcüməsi bitdikdən sonra sənədləri orijinala uyğun olaraq və sifarişçinin müraciətinə əsasən çapqabağı hazırlığa və qrafiki tərtibata yönləndirir. Sifarişçinin hər-hansı xüsusi bir istəyi olmazsa, sənəd orijinala uyğun qaydada tərtib olunur və orijinalın olduğu formata (MS Word, MS Excel, MS PowerPoint və s.) çevrilir. Eyni zamanda sənədin tələb etdiyi bütün digər tərtibat işləri orijinala uyğun nizamlanır.

Bununla yanaşı, əgər sifarişçi orijinaldan fərqli xüsusi bir tərtibat tələb edərsə, sifarişçinin texniki tapşırıqlarına uyğun olaraq sənəd tərtib olunur və sifarişçinin göstərdiyi formatda təhvil verilir.

Çapqabağı hazırlıq və qrafiki tərtibat üzrə Atlant Translations MMC aşağıda qeyd olunan xidmətləri təklif edir:

  • rəqəmsal mühitə dəyişdirmə (çox zaman sənədlər kağız daşıyıcı formada tərcüməyə və ya tərtibata təhvil verilir ki, bu sənədlərin rəqəmsal mühitə salınması tələb olunur)
  • MS Word, MS Excel, MS PowerPoint və s. səhifələrin qrafiki tərtibatı
  • Visio, AutoCAD səhifələrinin qrafiki tərtibatı
  • Adobe Illustrator, Adobe FrameMaker, Adobe PageMaker, CorelDraw və s. səhifələrinin qrafiki tərtibatı
  • qrafiki obyektlərin işlənib hazırlanması və qrafiki tərtibatı
  • tirajlama, poliqrafik çap və s. üçün poliqrafiya tərtibatı
  • çertyojların tərtibatı (bir / iki dildə; kağız / elektron daşıyıcı)
  • sifariş ilə sənədlərin dizaynı

Çox zaman qrafiki tərtibat xidmətini kompleks xidmətin daxilində təqdim edirik, belə ki, tərcüməyə verilən sənədlərin qrafiki tərtibatını həyata keçiririk, lakin tərcüməsi tələb olunmayan sənədlərin də ayrıca qrafiki tərtibat xidmətini sifariş kimi qəbul edə bilərik.

Qrafiki tərtibatın qiyməti işin mürəkkəbliyindən və həcmindən asılı olaraq dəyişir.

Flexisel - A responsive jQuery Carousel