Online ödəmə formu

multimedia

İnformasiyaların tez bir zamanda oxuyucuya və ya dinləyiciyə ötürülməsi üçün artıq daha yeni üsullardan istifadə olunur. Korporativ sektorda yekun adresata öz fikirlərini daha tez və daha aydın şəkildə çatdırmaq üçün yalnız mətndən ibarət sənədlər və elektron məktublar ilə kifayətlənməyib, audiovizual obrazlardan və interaktiv prezentasiyalardan istifadə olunur.

Multimedia bütün informasiya ötürmə formalarına malikdir: mətn, səs, təsvir, animasiya və video.

Multimedia sahəsi lokalizasiyaya ehtiyacı olan ən əsas sahələrdən biridir. İstər kinofilmlər, istər cizgi filmləri, bədii filmlər, oyunlar və yaxud hər –hansı digər lent yazılarını hədəf dilə uyğun lokalizasiya etmək dinləyicidə həmin multimediaya olan marağı daha da artırır və multimediadan olan gözləntilərini tam ödəyir.

Atlant Translations MMC multimedia materiallarının tərcüməsi və lokalizasiyası, audionun yaradılması, səsləndirilməsi və videonun subtitrlənməsi üzrə tam kompleks xidmət təklif edir və eyni zamanda artıq hazır materialların keyfiyyətinin linqivistik baxımdan yoxlanmasını təklif edir. Xidmətlər müştərinin müraciətindən asılı olaraq, tam hazır formada və ya hər – hansı mərhələlər üzrə təklif olunur.

Atlant Translations MMC lokalizasiya üzrə aşağıdakı xidmətləri təklif edir:

  •  Mətnin oxunması
  •  Audio və video mətnlərinin və ssenarilərin tərcüməsi
  •  Subtitrləmə
  •  Səsləndirmə və dublyaj
  •  Videonun lokalizasiyası və montajı
  •  Keyfiyyətə nəzarət

Bu sahə üzrə lokaziyasiya ilə məşğul olan mütəxəssislərimizin bədii ədəbiyyat üzrə savadının olması ən vacib şərtlərdən biridir. Multimediaların lokalizasiyası əsasən hədəf dilin ədəbiyyat savadı olan dil daşıyıcısı tərəfindən həyata keçirilir.

Multimedianın lokalizasiyası sahəsində Atlant Translations MMC Golden Gates, Simfoniya, Vekarus və s. kimi şirkətlər ilə əməkdaşlıq etmişdir.

Flexisel - A responsive jQuery Carousel