Online ödəmə formu

website-localization

Veb saytlarının və proqram təminatlarının ayrı dillərdə olması, məhz xarici vətəndaşların saytda olan məlumatları anlamaları üçün vacibdir. Buna görə də, saytların ayrı dillərdə lokalizasiyası mütləqdir. Lokalizasiya hər-hansı bir mətnin hədəf dil daşıyıcıları tərəfindən həmin dilin mədəni və linqvistik xüsusiyyətlərinə uyğunlaşdırılmasıdır.

Veb – saytlarının müxtəlif dillərə tərcüməsi Atlant Translations MMC – yə həvalə olunan zaman, yerli tərcüməçilərimiz tərəfindən hədəf dilə tərcümə olunmuş mətn mütləq dil daşıyıcısı tərəfindən lokallaşdırıldıqdan sonra sayta yerləşdirilməsi üçün təhvil verilir.

Atlant Translations MMC saytların tərcüməsi zamanı saytda yerləşdirilən bannerlərin, anonsların, sloqanların da lokalizasiyasına xüsusi önəm verir. Eyni zamanda saytda yerləşdirilən şəkillərin, cədvəllərin, rəqəmlərin, xüsusi işarələrin, terminlərin və s. hədəf dilə uyğun lokalizasiyasını da həyata keçirir. Bu zaman interfeysin hədəf dildə olan mətnlərin və obyektlərin xüsusiyyətlərinə uyğunlaşdırılmasını və SEO optimizasiyanı da həmçinin təmin edir.

İstənilən sahə üzrə dil daşıyıcılarımızla əməkdaşlıq etdiyimizə görə, istənilən dildə saytların lokalizasiyası bizim tərəfimizdən çox asanlıqla həyata keçirilir.

Saytların lokalizasiyası sahəsində Azimport, Azər-Türk Bank, Simfoniya, Benkons, Bimtek, Vekarus və s. kimi şirkətlərlə əməkdaşlıq etmişik.

Flexisel - A responsive jQuery Carousel