Online ödəmə formu

Tərcümənin şirkət möhürü ilə təsdiqlənməsi

not-firma

Tərcümə olunmuş sənədlərin notarial təsdiqi, leqallaşdırılması, apostil ilə təsdiqi və konsulluq leqallaşdırılması tələb olunmursa, tərcümənin məhz hansı şirkət tərəfindən həyata keçirildiyini təsdiq etmək və tərcüməyə görə məsuliyyəti şirkət olaraq öz üzərimizə götürmək üçün sənədlər tərcüməçinin imzası və Atlant Translations MMC-nin möhürü ilə təsdiq olunduqdan sonra müştəriyə təhvil verilir.

Bir çox hallarda, müştərilər əsasən də Atlant Translations MMC-nin işinə bələd olan müştərilərimiz heç bir əlavə əminlik axtarmadan, yalnız şirkətin möhürü ilə kifayətlənərək, sifarişləri bu qaydada təsdiq etdirməklə, təhvil alırlar.

Bu zaman nə tərcüməçinin imzası, nə də tərcümənin şirkətin möhürü ilə təsdiqlənməsi üçün müştəridən heç bir əlavə ödəniş tələb olunmur.

Artıq digər şirkət və ya fərdi tərcüməçi tərəfindən tərcümə olunmuş sənədlərin Atlant Translations MMC-nin möhürü və bizim şirkətin tərcüməçisinin imzası ilə təsdiqlənməsi üçün müraciət etsəniz, sənəd əvvəlcə bizim mütəxəssislər tərəfindən yoxlanılır, lazımi düzəlişlər edilir, yalnız bundan sonra, tərcüməçimiz tərəfindən imzalanır və şirkətimizin möhürü ilə təsdiqlənir. Bu zaman müştəridən yalnız sənədin redaktəsi üçün ödəniş tələb olunur.

Flexisel - A responsive jQuery Carousel