Online ödəmə formu

Ardıcıl tərcümə

uslugi-ust-posle

Sinxron tərcüməyə nisbətdə ardıcıl tərcümə xidməti daha rahatdır, çünki ardıcıl tərcümə zamanı danışan tərəf müəyyən fasilələr etməklə, tərcüməçiyə dediklərini tərcümə edib, dinləyən tərəfə çatdırmaq imkanı yaradır. Sinxron tərcümə zamanı isə, danışan tərəf tərcüməçinin çıxışı tərcümə etməsini gözləmir. Hər iki tərcümə növü yüksək peşəkarlıq tələb edir.

Ardıcıl tərcümə xidməti də özü-özlüyündə standart və peşəkar formada olur. Ardıcıl tərcümənin standart formasından çox zaman qeyri rəsmi və ya qismən rəsmi müzakirələr zamanı istifadə olunur. Ardıcıl tərcümənin peşəkar formasından isə əsasən, dövlət orqanlarının, dövlət işçilərinın və fərdi şəxslərin müzakirələri, danışıqları zamanı istifadə olunur ki, burada tərcüməçinin nitqi daha rəsmi və publisistik danışıq dilində olur.

Digər tərcümə növləri kimi, ardıcıl tərcümənin də sahələr üzrə xüsusi tərcüməçiləri olur ki, tədbirin aid olduğu sahədən asılı olaraq tədbirlər üçün tərcüməçilər təyin edirik.

Azərbaycan Respublikasının Milli Məclisi, Dövlət Əmlak Kommittəsi kimi dövlət qurumları və AZPERTROL, Avrora və Embawood kimi özəl şirkətlər üçün ardıcıl tərcümə xidmətlərini həyata keçirmişik.

 

Flexisel - A responsive jQuery Carousel