Online ödəmə formu

Sinxron tərcümə

uslugi-ust-sinx

Sinxron tərcümə tərcümənin digər növlərinə nisbətən daha çox diqqət, məsuliyyət və təcrübə tələb edən sahəsidir. Tərcüməçi sinxron tərcümə zamanı eyni zamanda çıxış edənə həm qulaq asmalı, həm də bir neçə saniyə ərzində nitqi dinləyicilərə tərcümə etməlidir. Bu zaman natiq, tərcüməçinin nitqi tərcümə etməsi üçün çıxışına fasilə vermədən davam edir. Bunun üçün tərcüməçi eyni zamanda, tərcümə etdiyi sahəyə bələd olmalıdır ki, tərcümə zamanı həmin sahəyə aid hər-hansı terminlərin, frazeoloji birləşmələrin tərcüməsində heç bir çətinliklə üzləşməsin. Sinxron tərcümə zamanı tərcüməçinin nəinki cümlənin təkrarı üçün müraciət etmək, hətta hər-hansı terminin tərcüməsini düşünməyə belə vaxtı olmur. Buna görə sinxronist seçən zaman çox diqqətli olun ki, tədbirin təşkili üçün çəkdiyiniz zəhmət sinxronistə görə hədər getməsin.

Atlant Translations MMC – nin hər bir sahə üzrə xüsusi ixtisaslaşmış sinxronistləri vardır ki, onların sayəsində müştərilərimiz ilə əməkdaşlığımızı uzun illərdir qoruyub saxlaya bilirik. Bu sinxronistləri fərqləndirən üstün cəhətlər isə bunlardır:

  •  diqqətcillik və sözə dərhal reaksiya,
  •  peşəsi üzrə ali savad,
  •  uzun illərin təcrübəsi,
  •  intonasiya və səs.

Sinxron tərcümə xidməti çox zaman beynəlxalq konfranslar, forumlar və digər beynəlxalq tədbirlər zamanı, əsasən də dövlət tədbirləri zamanı tələb olunur. Sinxron tərcümə sahəsində əməkdaşlıq etdiyimiz şirkətlər arasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, ATƏT, BP və s. vardır.

Atlant Translations MMC istənilən mövzu və sahə üzrə istənilən tədbirdə sinxron tərcümə xidmətlərini təqdim etməyə hazırdır – dəyirmi masa arxasında, konqresslərdə, konfranslarda, direktorlar şurasında, simpoziumlarda, vebinarlarda, onlayn konfranslarda və s.

 

 

Flexisel - A responsive jQuery Carousel