Online ödəmə formu

Vebinar, internet konfransların və telefon danışıqlarının onlayn tərcüməsi

uslugi-ust-veb

Son zamanlar texnologiyanın çox böyük surətlə inkişafı ilə əlaqədar olaraq, artıq xarici partnyorlar ilə yerli şirkətlər arasında bir çox beynəlxalq iclaslar, görüşlər, təqdimatlar və s. onlayn şəkildə aparılır. Vebinarlar və veb – konfranslar bu cür iclasların aparılmasında çox böyük rol oynayır. Bu zaman müxtəlif dövlətlərin nümayəndələri ilə danışıqların effektiv surətdə aparılması, spikerin danışıqlarının auditoriya tərəfindən anlaşılmasını təmin etmək üçün Atlant Translations MMC onlayn tərcümə xidmətini təklif edir.

Vebinarların və veb konfransların onlayn tərcüməsi olduğunuz məkanı tərk etmədən və ya tərcüməçinin / qonaqların digər dövlətlərdən və ya hər-hansı məsafəni qət edərək, Sizin ofisinizə gəlməsini gözləmədən tələb olunan tədbirinizi onlayn şəkildə həyata keçirməyə imkan verir. Bununla həm vaxtınıza qənaət edəcək, həm də məsafə və dil fərqini hiss etməyəcəksiniz.

Onlayn tərcümənin üstünlükləri bundan ibarətdir ki, müştəri və ya partnyor ilə danışıqların aparılması üçün hansısa ölkəyə getməyə ehtiyac yoxdur, ezamiyyət üçün cibinizə və vaxtınıza qənaət edirsiniz, tədbirin şifahi (ardıcıl və ya sinxron) tərcüməsi üçün xüsusi avadanlıqlar almanıza və ya icarəyə götürmənizə ehtiyac qalmır, öz dilinizdə rahat danışırsınız və sadəcə bir kliklə eşitmək istədiyiniz dili seçirsiniz.

Bu gün onlayn tərcümə xidmətləri əsasən biznes, təhsil, tibb və sənaye görüşləri zamanı sifariş olunur. Bu sahədə əməkdaşlıq etdiyimiz şirkətlər arasında Azermed, Heerim, SADE, Samsung və s. şirkətlər də vardır. Bu şirkətlər ilə əsasən potensial müştərilərə və ya partnyorlara təqdimat, işgüzar danışıqlar, onlayn seminarlar, treyninqlər, kurslar və s. zamanı onlayn tərcümə xidmətlərini həyata keçirmişik.

Flexisel - A responsive jQuery Carousel