Online ödəmə formu

Sinxron tərcümə üçün avadanlığın icarəsi

arenda

Atlant Translations MMC yazılı və sinxron tərcümə xidmətləri ilə yanaşı, sinxron tərcümə avadanlıqlarının icarəsi xidmətini də təklif edir. Rəsmi tədbirlər, konfranslar, forumlar, seminarlar və s. kimi tədbirlər zamanı sinxron tərcüməçilər ilə yanaşı, tələb olunan sinxron tərcümə avadanlıqlarının icarəsini, quraşdırılmasını, yerləşdirilməsini və texniki xidmətin göstərilməsini də təklif edirik. Bu avadanlıqların siyahısı aşağıda qeyd olunduğu kimidir:

  • Sinxron tərcümə kabinələri,
  • Sinxron tərcüməçi pultları,
  • Tezlik yaradan cihazlar,
  • Səsyazma cihazları,
  • Mikrafonlar,
  • Qulaqcıqlar,
  • LCD projektorlar,
  • Monitorlar,
  • Səs sistemləri,
  • Simsiz mikrafonlar,
  • LCD monitorlar və s.

Avadanlıqların yerləşdirilməsi, quraşdırılması və texniki xidməti sahəsində təlimləndirilmiş, xüsusi ixtisaslı texniki heyətə malik olan bir komandamız vardır ki, tədbirlər zamanı heç bir problem olmadan avadanlıqların istifadəsini yüksək səviyyədə təşkil edirlər.

Tədbirin həcmindən və iştirakçıların sayından asılı olmayaraq, sinxron tərcüməçilər və sinxron tərcümə avadanlıqlarının təchiz olunmasını bizə etibar edə bilərsiniz.

Flexisel - A responsive jQuery Carousel