Online ödəmə formu

Tərcümənin redaktə və ekspertizası

redaktor

Yazılı tərcümə xidməti eyni zamanda mütəxəssislər və dil daşıyıcıları tərəfindən redaktə, stilistik redaktə, korrektə və s. kimi xidmətlər ilə təqdim oluna bilər.

Redaktə dedikdə, tərcümənin düzgünlüyünün, terminologiyanın və tərzin yoxlanması nəzərdə tutulur. Tərcüməçi nə qədər peşəkar da olsa, hər – hansı dar və ya xüsusi bir sahəyə aid olan mətnin tərcüməsində səhvə yola verə bilər. Çünki, hər sahənin öz terminləri vardır ki, o sahə üzrə təcrübəsi olmayan şəxs bu sahəyə aid sənədi düzgün tərcümə edə bilməz. Redaktə tərcümə üslubunun, terminologiya və qrammatikanın uyğunlaşdırılmasıdır.

Xarici dil daşıyıcısı tərəfindən sənədlərin redaktəsi mətnin xarici oxuyucunun yerinə və mentallitetinə uyğunlaşdırılmasıdır.

Korrektə isə orfoqrafik səhvlərin düzəlişi, tərcümənin tamlığının yoxlanması və eyni zamanda qrafiki dizayndır. Korrektə haqqı tərcümə üçün təklif olunmuş qiymətə daxildir.

Atlant Translations MMC – yə tərcümə sifarişi zamanı, əgər mətn xarici dildən azərbaycan dilinə tərcümə olunmalıdırsa, müəyyən bir sahə üzrə redaktor – mütəxəssis tərəfindən redaktə olunur, əgər mətn azərbaycan dilindən xarici dilə tərcümə olunmalıdırsa, dil daşıyıcısı – mütəxəssis tərəfindən redaktəyə verilir.

Tərcümənin ekspertizası dedikdə isə, artıq digər şirkət və ya fərd tərəfindən tərcümə olunmuş sənədin həmin sahə üzrə mütəxəssis tərəfindən yoxlanılması, redaktə olunmasıdır. Bir çox hallarda xarici dili bilən şəxs mətnin\cümlənin mahiyyətini dərk etsə də, yazılı şəkildə cümlənin qurulub oxucuya lazımi qaydada çatdırılmasını təmin edə bilmir ki, bu zaman da Atlant Translations MMC – nin əməkdaşlıq etdiyi frilans dil daşıyıcıları şirkətlərin işinə çox yarayır.

Dorce, JTI, Deniz Administrasiyası, CCİC, BİMTEK kimi şirkətlərin nümayəndlərinə bu sahədə daim yardımçı oluruq. Bu şirkət nümayəndələri bir çox sənədlərin tərcüməsini özləri etsələr də, dil daşıyıcısı tərəfindən oxunub, yoxlanmasına daim ehtiyac duyurlar. Bu sənədlər arasında Müqavilələr, qanunvericilik aktları, reklam mətnləri və s. vardır.

Flexisel - A responsive jQuery Carousel